Bakıda iki qardaş yol qəzasında həlak oldu, maşın iki yerə bölündü - VİDEO

İçkili halda sükan arxasına əyləşən sürücü həyatını qəza ilə sonlandırıb.
Avtosfer.az xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan ağır yol-nəqliyyat hadisəsi bugün səhər saatlarında, Səbail rayonunun Bibiheybət yolunda baş verib. Həvəskar sürücünün lentə aldığı kadrlardan da aydın göründüyü kimi “Rent a Car” şirkətinə məxsus olan 99-LX-111 dövlət nömrə nişanlı, “Hyundai Sonata” markalı avtomobil yüksək sürət həddi ilə idarəetməni itirərək ana yoldan çıxıb və kənardakı reklam mahiyyətli lövhəyə çırpılıb. Nəticədə iki hissəyə bölünərək tamamilə yararsız hala düşən avtomobilin idarəçisi - 23 yaşlı gənc hadisə yerindəcə keçinib, yan sükanda əyləşən qardaşı xəstəxanaya çatdırılsa da həyatla vidalaşıb. Qəza şahidlərinin məlumatına əsasən, olayın baş verməsinə səbəb sürücünün içkili halda avtomobilini idarə etməsi olub.
Qeyd edək ki, hadisə yerinə cəlb olunan polis əməkdaşları faktla bağlı araşdırma aparıb.
Nərmin
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












