Dəhşətli qəzada yaralananların həkimi danışdı - VİDEO

Qax rayon icra hakimiyyətinə məxsus “Qaz-31” markalı avtomabil Şəki ərazisindən Qax rayonu istiqamətinə gedərkən Gümrük çayı üzərindəki təxminən 8-10 metr hündürlüyü olan körpüdən aşıb. Nəticədə biri icra hakimiyyətinin əməkdaşı olmaqla iki nəfər dünyasını dəyişib. Avtomobildə olan digər üç nəfər isə ağır yaralanıb. ANS-in məlumatına görə, Qax sakini Azər Qazaxov avtomobillə qəfildən idarəetməni itirərək yolun sağına çıxıb və maşın körpüdən aşıb. Hadisə nəticəsində iki nəfər Şahid Əhmədov və Vüqar Paşayev elə yerindəcə dünyasını dəyişib. Üç nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Dünyasını dəyişənlərdən Şahid Əhmədov Qax icra hakimiyyətinin əməkdaşı olub. Qəzada yaralananlar Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlər hər üç yaralının vəziyyətinin ağır olduğunu bildirir. “Üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya daxil olub. Hazırda yaralılar həkim nəzarəti altındadır. Onların sağlıq durumu orta stabildir”, – deyə həkim bildirib.
Hadisə ilə bağlı Qax Rayon Rokurorluğunda araşdırma aparılır.
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO












