Bulvarda skuterlərin hərəkəti qadağan olundu - ŞİKAYƏTLƏR ÇOXALIB

Ötən gündən etibarən Dənizkənarı Bulvar ərazisində skuterlərin sürülməsi qadağan edilib. Bu barədə Dənizkənarı Bulvar İdarəsinin Mətbuat Xidmətinin rəhbəri Əfsanə Mehdiyeva məlumat verib.
O bildirib ki, qadağaya səbəb əhalidən daxil olan çoxsaylı şikayətlər olub: “Şikayətlər nəzərə alınaraq skuterlərin bulvar ərazisində hərəkəti ilə bağlı müvəqqəti qadağa tətbiq edilir. Bu, dünya təcrübəsində də belədir. Qadağanın nə vaxt götürüləcəyi isə hələ məlum deyil. Məsələ müəyyən müddətdən sonra yenidən müzakirə edilə bilər”.
Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı BŞDYPİ-nin baş inspektoru, polis mayoru Araz Əsgərli də açıqlama verib. O, bildirib ki, skuterlərin də mopedlərə oxşar xüsusiyyətləri olduğu üçün skuter sürənlər “Yol hərəkəti haqqında” Qanunun 46-cı maddəsində (velosipedlərin, mopedlərin hərəkətlərinə dair tələblər) nəzərdə tutulduğu kimi vəzifə və hüquqlara sahibdirlər. Skuter sürən hər kəs nəzərdə tutulan qaydada, yolun sağ hissəsi ilə, bütün qaydaları icra etməklə bu qeyri-mexaniki vasitələri idarə edə bilər. Bu zaman dəbilqədən istifadə etməyən şəxslər 40 AZN, İnzibati Xətalar Məcəlləsinin 338-ci maddəsinə görə isə 20-100 AZN məbləğində cərimə ödəməli olacaqlar.
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












