Dərnəgül yolunda ağır qəza; işıq dirəyi avtomobilə girdi - VİDEO

Qəzalar 27 İyun 2026 12:49
Dərnəgül yolunda ağır qəza; işıq dirəyi avtomobilə girdi - VİDEO
WhatsApp kanalımıza abunə olun

Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, hadisə bu gün saat 07:50-də qeydə alınıb. İlkin məlumata görə, 50-BY-678 dövlət nömrə nişanlı BMW markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yol kənarındakı işıq dirəyinə çırpılıb. Zərbənin təsirindən aşan işıq dirəyi yaxınlıqda olan "Daewoo" markalı avtomobilin üzərinə düşüb. Hadisə nəticəsində "Daewoo"nun sürücüsü xəsarət alıb.

Bakı Şəhər DYP İdarəsindən bildirildi ki, görüntülərlə bağlı araşdırmalara başlanılıb:
“Həmin şəxsin müəyyən olunaraq məsuliyyətə cəlb edilməsi ilə bağlı tədbirlər həyata keçirilir”.

Oxunub : 256
ŞƏRH YAZ
Ad

E-mail

Şərh