"WhatsApp"da bu xidmətlər ödənişli olur

“WhatsApp”da “kanallar” funksiyasının daha da inkişaf etdirilməsi üzərində işlər aparılır. Avtosfer.az xəbər verir ki, əsas diqqət monetizasiya imkanlarına yönəlib. Planlaşdırılan yeniliklərə görə, kanal sahibləri gələcəkdə izləyicilərdən abunəlik haqqı tələb edə biləcək. Bu sistem sayəsində istifadəçilər yalnız ödəniş etdikləri kanallardan eksklüziv məzmun əldə edəcəklər. Ödənişli kontent modeli ilə birlikdə kanal sahiblərinin daha keyfiyyətli və xüsusi paylaşımlar etməsi hədəflənir. Bu, xüsusilə media qurumları, bloggerlər və brendlər üçün yeni gəlir mənbəyi yaradacaq. “WhatsApp” həmçinin kanallar üçün fərqli abunə səviyyələri üzərində də testlər aparır. Bu, istifadəçilərə müxtəlif qiymət və məzmun paketləri seçmək imkanı verə bilər./metbuat.az
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












