Dinozavr avtomobil qəzasına səbəb oldu - FOTO

İlk baxışdan sual yarana bilər: Axı 90 milyon il əvvəl avtomobil yox idi?
Doğrudur, amma hadisə 21-ci əsrdə baş verib.
Avtosfer.az-ın xəbərinə görə, 2018-ci ildə Argentinadakı Pataqoniya vadisində 30 metr uzunluqda dinozavr skeleti tapılır. Elmi adı “Chucarosaurus diripienda” adlanan dinozavrın qalıqlarını daşımaq üçün ağırtonajlı avtomobil icarəyə götürülür. Dümüklər maşına yüklənərək paytaxt Buenos-Ayresə aparılır.
Yolda yükün ağırlığından avtomobil döngədə aşır və sümüklər yerə tökülür. Ekspedisiyanın üzvləri başlarını tuturlar: Düşünürlər ki çox qiymətli elmi material məhv oldu.
Amma bir neçə dəqiqəyə özünə gələn alimlər bu dəfə başqa şeyə təəccübləndilər: dinozavrın sümükləri o qədər sərt idi ki, nəinki sınmamış, əksinə asfaltı dağıtmışdı. 90 milyon il əvvəl yaşamış canlının kütləsinin 30-40 ton arasında dəyişdiyi ehtimal edilir.
Vüqar Yaşaroğlu
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO














