Diqqətsiz sürücü pişiyin üzərindən keçdi: heyvan can verdi - ANBAAN VİDEO

Hər bir sürücü yol hərəkəti qaydalarına riayət etməklə yanaşı sükan arxasındaykən diqqətli davranmalıdır. Təəssüf hissiylə qeyd edək ki, sürücülər arasında bu anlayış zəifdir. Yüksək sürət səbəbiylə baş vermiş qəzalar bəzən sürücü diqqətsizliyi nəticəsində də yaranır. Sürücü hər şeydən öncə yolda müxtəlif maneələrin - piyadaların, heyvanların, əngəllərin (çuxur, nahamar səth və sair) ola biləcəyini nəzərə almalıdır. Əks halda bunu dərk etmək istəməyən şəxslər üçün qəza qaçılmaz olacaq.
Bir qisim sürücülər sadəcə qanun çərçivəsində qadağan olunmuş və pozulduğu halda cərimə yazılacaq maneələri nəzərə alır. Təbii ki, piyadanı vuran sürücü üçün cərimənin ağır olacağını bilir. Bu səbəbdən bir qrup sürücü yalnız yolda insan olarkən ehtiyatlı davranaraq digər canlıları gözardı edirlər. Xüsusilə rayon yollarında heyvanların nəqliyyat vasitələri tərəfindən vurulması halları tez-tez görülür.
Belə olan halda sürücülərin şüursuz canlılardan heç bir fərqi qalmır. Hətta yollarda heyvan keçə biləcəyini göstərən işarələrin olmasına baxmayaraq yenə də onları vuran sürücülər kifayət qədərdir. İşin ən acınacaqlı tərəfi isə bilərək, yaxud bilmədən vurduqları canlıya yardım göstərmədən ərazidən uzaqlaşmalarıdır. Nəticədə heyvan aldığı zərbənin təsiri ilə çox zaman qan itirərək ölür. Sürücü isə vicdanını bir kənara qoyaraq yoluna davam edir.
Toxunduğumuz və hər zaman aktual olan mövzuyla bağlı paytaxtda baş vermiş qəza hadisəsinin videosu yayılıb.
Avtosfer.az-ın məlumatına əsasən, qəza bir neçə gün əvvəl səhər saatlarında qeydə alınıb. Videodan göründüyü kimi, yolu dönən “BMW” markalı avtomobil sürücüsü pişiyi vurub. Belə ki, diqqətsiz sürücü yolu keçən heyvanı görmədən üzərindən keçib. Nəticədə avtomobilin altında qalan heyvan aldığı ağır zərbənin təsiriylə yerdə qıvrılaraq can verib. Törətdiyi qəzadan bixəbər olan sürücü isə yoluna davam edib.
Məhz belə xoşagəlməz halların baş verməməsi üçün yollarda diqqəti və ehtiyatı əldən buraxmamaq lazımdır. Nə olursa olsun hər şeydən əvvəl insan olduğumuzu unutmamalı və vicdanımızı arxa plana atmamalıyıq.
Nərmin
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












