Dünyada gün ərzində 100-dən çox zəlzələ və yeraltı təkan qeydə alınıb

Dünyada gün ərzində 100-dən çox zəlzələ və yeraltı təkanlar baş verib.
Bu barədə ABŞ Geoloji Tədqiqat (USGS) Xidməti məlumat yayıb.
Bildirilir ki, Çin, İspaniya, Yaponiya, Türkiyə, Nikaraqua və İslandiyada müxtəlif gücdə titrəmələr müşahidə edilib.
Çərşənbə günü Yunanıstanda 6.0 bal gücündə zəlzələ baş verdi. Lakin, cümə axşamı ölkə ərazisi yenidən silkələnib. Yeraltı təkanlar 5.9 bal gücündə olub. Yunanıstanlı seysmoloqlar ölkənin mərkəzi hissəsində, Elassondaki ikinci böyük zəlzələnin nadir hadisə olduğunu deyirlər. Onlar hesab edir ki, bu, yer təbəqəsində növbəti qırılmanın meydana çıxması səbəbindən baş verə bilər.
Kamçatka sahillərində də 5.0 bal gücündə zəlzələnin baş verdiyi bildirilib. Daha bir təkan Kuril adalarında 6.1 bal gücündə qeydə alınıb.
Cümə axşamı günü ən güclü zəlzələlər Yeni Zelandiya sahillərində qeyd olunub. Zəlzələlər 7.3-8.1 bal arasında dəyişib. Ərazidə Peru və Çili səlahiyyətliləri tərəfindən sunami təhlükəsi elan edilib./oxu.az
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












