Dünyanın ən bədbəxt adamı fəlakətdən sağ çıxdı - VİDEO

Avtosfer.az atv.az-a istinadən xəbər verir ki, güclü qasırğanın ortasında qaldı, avtomobilinin üstünə ağac aşdı, güllə kimi yağan doludan qaçmağa imkan belə tapmadı...
ABŞ-ın Kentuki ştatında yaşayan Coş Hovard bu qədər fəlakətin ortasından sağ çıxmaqla hər kəsi heyrətləndirib. Eşton şəhərində baş verən möcüzəli olayın avtomobildəki kameradan anbaan lentə alınan görüntüləri amerikalı sakinin hansı təhlükə ilə üz-üzə qaldığını açıq-aydın əks etdirir. Külək qopanda kilsə avtomobili ilə hərəkətdə olan Coş Hovard həyatının ən uğursuz saniyələrini yaşayıb. Qasırğaya davam gətirməyək kökündən qopan bir ağac, maşının üzərinə aşıb. Bu vaxt avtomobilin üst hissəsi içəri batsa da, möcüzə nəticəsində Coş Hovard xəsarət almayıb.
Amma amerikalı sürücünün görəcək günləri varmış. Ağacın altında qalan avtomboili hərəkətə gətirə bilməyən sürücü bu dəfə də güclü dolunun hədəfinə çevrilib. Amma Coş Hovard buna da dözüb. Digər tərəfdən güclü tornado yaxınlıqda qarşısına keçən bütün infrastrukturu yerlə bir etsə də, Coş və onun avtomobili bu dağıdıcı qasırğadan salamat çıxa bilib.
Qeyd edək ki, heç də bütün amerikalılar Coş Hovard kimi şanslı deyil. Külək azı 2 nəfərin həyatına son qoyub, bir neçəsinin vəziyyəti ağır olmaqla 20 nəfəri də yaralayıb. Yüzlərlə insan evsiz qalıb, evi yerində qalanlar isə elektrik xətlərini sıradan çıxmasına görə işıq üzünə həsrət qalıb.
Bakıda skuterlə qadını vuran şəxs qaçdı, polis axtarışa başladı - VİDEO
Ödənişli yolda qarpız dolu TIR aşdı - FOTOLAR - VİDEO
Gürcüstan-Azərbaycan sərhədi yaxınlığındakı təyyarə qəzasına dair YENİ DETALLAR
İki avtomobil toqquşdu - Ölən və yaralanan var
"Nissan"la toqquşan “KİA” səkidə iki məktəblini vurdu; 14 yaşlı qızlar ağır yaralandı - VİDEO
Sabunçuda ağır qəza; avtobus “VAZ”a çırpıldı - VİDEO
Yevlaxda rəisin sürücüsü qəza törədib: 9 yaşlı oğlan iflic olub
Göyçayda avtobus “VAZ”la toqquşdu – Xəsarət alanlar var - VİDEO
Yevlaxda qəza: “BYD” qəbiristanlığın hasarına çırpılıb aşdı - VİDEO
Ara məsafəsi saxlamayan sürücü ağır qəzaya düşdü - REAL VİDEO
Naxçıvanda 34 il əvvəl baş vermiş qəzanın detalları - FOTO










