"Əfəndilər”dən aldığı "Lİ-9" nöqsana görə qəzaya düşdü - Şirkət ziyanı ödəmir - VİDEO

Bakı sakini rəsmi servisdən aldığı ''Lİ-9'' markalı avtomobilinin avto-parkinq rejminin nöqsanlı olduğunu iddia edir. Çünki maşın avto-parkinq rejmi ilə qaraja daxil olan zaman maneyə çatanda dayanmayıb və divara çırpılıb.
Avtosfer.az xəbər verir ki, bu hadisə paytaxt sakini Söhrab Cabbarovun başına gəlib.
Sürücü iddia edir ki, Çin istesahlı olan ''Lİ-9'' markalı avtomobili özlərini rəsmi diler kimi təqdim edən şirkətdən alıb. Özü də bazar qiymətindən baha alıb ki, servis zəmanəti var.
Paytaxtda dəhşətli qəza: avtomobil yük maşınına çırpıldı - VİDEO
Qəza anı həm avtomobilin video-qeydiyyat cihazına, həm də həyətdə olan müşahidə kamerasına düşüb.
Sürücü iddia edir ki, avtomobildəki avto-parkinq rejmi istehsalçı tərəfindən nöqsanlı olub. Yəni işləmədiyindən qəza baş verib. Onun sözlərinə görə, avto-parkinq funksiyasından istifadə etdikdə, avtomobil əvvəlcə qarajda yerini müəyyən edib daha sonra hərəkətə başlayıb. Amma qaraja daxil olandan sonra dayanmayıb. Nəticədə ona təxminən 3200 manat ziyan dəyib.
Məsələ ilə bağlı avtomobilin alındığı ''Əfəndilər Qrup"dan da mövqe öyrəndik. Şirkətin təmir-bərpa şöbəsinin müdiri Cəlal İmanov bildirdi ki, avtomobildə avto-parkin rejimində problem yoxdur və belə olduqda servis qaydalarına əsasən zərər qarşılanmır.
Cəlal İmanov rəsmi diler məsələsinə də aydınlıq gətirdi. Şöbə müdiri dedi ki, onların şirkəti ötən ilin dekabr ayından ''Lİ''nin Azərbaycanda rəsmi dileridir və açılış mərasiminə istehsalçı zavodun rəsmiləri də qatılıblar.
Zərərçəkmiş Söhrab Cabbarov isə deyir ki, şirkət ona dəymiş zərəri ödəməsə, məhkəməyə müraciət edəcək.
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO












