Əks zolağa çıxan “Mitsubishi” “Volvo” ilə toqquşdu; bir ailə məhv oldu - FOTO

Rusiyanın Tümen əyalətində iki nəqliyyat vasitəsinin iştirakı ilə ağır yol qəzası baş verib. Avtosfer.az xəbər verir ki, hadisə iyunun 27-də 19:00 radələrində “Tümen – Xantı-Mansiysk” Federal trasının 428-ci kilometrliyində qeydə alınıb. “megatyumen.ru” məlumat yayıb.
Məlumata görə, 55 yaşlı sürücü idarə etdiyi “Mitsubishi” markalı avtomobillə hərəkətdə olarkən, yolun əks istiqamətinə çıxıb və qarşıdan gələn “Volvo” markalı yük maşını ilə toqquşub.
Zərbənin şiddətindən minik avtomobili deformasiyaya uğrayıb.
Qəza nəticəsində “Mitsubishi”də olan bir ailədən ibarət 3 nəfər (1965-ci il təvəllüdlü sürücü, onun 1966-cı il təvəllüdlü xanımı və onların 1999-cu il təvəllüdlü qızları) dünyasını dəyişib.
Faktla bağlı araşdırmalara başlanılıb.
Namiq Musayev

Sumqayıtda qəza: “Hyundai” və “Khazar” toqquşdu - VİDEO
Bakı-Qazax yolunda AĞIR QƏZA: Yanacaqdaşıyan maşın traktora çırpıldı - VİDEO
Yolda "ara işləyən" taksi sürücüsü zəncirvari qəza törətdi - ANBAAN VİDEO
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO












