Ələt-Astara magistralında yük maşını aşdı: hərəkət iflic oldu - FOTO

Lənkəranda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib.
Avtosfer.az apa-ya istinadən xəbər verir ki, hadisə avqustun 25-də, saat 11.30 radələrində Ələt-Astara magistralının 188-ci kilometrliyində, yolun rayonun Liman şəhərindən keçən hissəsində qeydə alınıb. Lənkəranın Liman şəhər sakini, 43 yaşlı Mahir Quliyevin idarə etdiyi yük maşını sərt döngədə idarəetməni itirərək aşıb.
Nəticədə maşındakı çınqılın magistral yola dağılması nəqliyyat vasitələrinin hərəkətini yarım saatadək iflic edib. Həmçinin maşının sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Regional Diaqnostika Mərkəzinə yerləşdirilib. Hadisə yerinə dərhal ağır texnika cəlb olunub, yol təmizləndikdən sonra maşınların hərəkəti bərpa olunub.
İlkin versiya kimi yük maşınının aşmasına arxa yan təkərin partlaması səbəb göstərilir.
Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır.
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO












