Əsgərlər üçün oxuyan aşıq qəzaya düşdü

Avqustun 2-də bir qrup mədəniyyət işçisiylə cəbhə xəttində hərbi xidmətdə olan əsgərlər üçün konsert verməyə gedərkən avtomobil qəzasına uğrayan aşıq Dərya Mərdanzadənin vəziyyəti ağır olaraq qalır.
Avtosfer.az xəbər verir ki, bu barədə aznews.az-a şairə Nazilə Səfərli məlumat verib. Onun sözlərinə görə, həkimlər D.Mərdənzadənin vəziyyətinin kritik olduğunu bildiriblər: "Həkimlər deyirlər ki, ilk öncə qanaxma dayanmalıdır. Amma sonradan baxıblar ki, beyində qan laxtaları var. Bundan əlavə, beyin yerindən oynadığından şişib. Yəni, vəziyyət hələ mürəkkəb olaraq qalır".
N.Səfərli deyir ki, bir çox iş adamı D.Mərdanzadəyə kömək etmək istəyir: "Bizim əhatə dairəmizndə olan sənət adamları Dəryaya kömək məqsədi ilə mənə zəng edirlər. Artıq bu gün iş adamları dəstək verəcəklərini dedilər. Ən maraqlısı isə həmin iş adamlarının türk vətəndaşları olmasıdır. Ümid edirik ki, Azərbaycan iş adamları da bu dəstəyə qoşulacaq".
Qeyd edək ki, məsələyə Azərbaycan Aşıqlar Birliyinin də mövqeyini öyrənmək istədik. Amma birlik sədri Zəlimxan Yaqub Almaniyada olduğundan məsələyə münasibət ala bimədik.
Xatırladaq ki, avqustun 2-də Dirli Qurbani Məclisinin üzvülərindən 5 nəfər cəbhə xəttində hərbi xidmətdə olan əsgərlər üçün konsert verməyə gedərkən Kürdəmir rayonu ərazisində avtomobil qəzasına uğrayıb. Onlardan aşıq Dərya Mərdanzadə ağır xəsarət alaraq, Bakıdakı Neyrocərrahiyyə Xəstəxanasına yerləşdirilib.
Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Çox sayda insan yanaraq öldü - FOTO - VİDEO
Zərdabdakı qəzada yanaraq ölən müəllim Vətən müharibəsi iştirakçısı imiş - FOTO
Hacıqabulda AĞIR QƏZA: Ölənlər var - YENİLƏNİB
Avtomobildə sıxılı qalan sürücü belə xilas edildi - VİDEO
"Pajero"nun iki avtomobilə çırpıldığı qorxunc qəzanın ANBAAN VİDEOSU
Tovuzda dörd avtomobilin iştirakı ilə zəncirvari qəza: Ölən var - FOTOLAR
Bakıda yağışlı havada zəncirvari qəza: Yaralı var - VİDEO
Beyləqanda ağır qəza - Ata öldü, qızı yaralandı
Qəzada ölən Pərvin əsgərlikdən yeni qayıtmışdı, nişanı olacaqdı - FOTO
Sükan arxasında yuxulayan sürücünü təhlükəsizlik kəməri xilas edibmiş - REAL VİDEO
Sükan arxasında yuxulayan sürücü "Prado"nu AŞIRDI - VİDEO










