Evakuator maşını "İnfiniti" ilə toqquşdu: yaralılar var

Tovuzda qeyri-adi qəza baş verib. Bu dəfə evakuator avtomobillə toqquşub. Avtosfer.az regiontv-yə istinadən xəbər verir ki, hadisə gecə saatlarında Bakı-Qazax avtomagistralının Qovlar qəsəbəsi ərazisində qeydə alınıb. 2 nəfərin xəsarət aldığı qəza zamanı evakuator xidməti göstərən avtomaşın "İnfiniti" markalı avtomobillə toqquşub. Hər zaman qəzaya düşən avtomobilləri daşıyan minik vasitəsi bu dəfə özü hadisə iştirakçısı olub.
Toqquşma o qədər şiddətli olub ki, "İnfiniti"də olan sərnişinlər, 20 yaşlı Rəmzi Alıyev və 25 yaşlı Əsmər Tanırverdiyeva müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Tovuz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.
Xəstəxanadan verilən məlumata görə, Rəmzi Əliyev ilkin yardım göstərildikdən sonra evə buraxılsa da, avtomobildə olan digər sərnişin ağır xəsarətlər aldığından tibb ocağında müalicəsi davam etdirilir. Həkimlər 25 yaşlı Əsmər Tanrıverdiyevanın vəziyyətini kafi qiymətləndirirlər.
Faktla bağlı BDYP-nin əməkdaşları araşdırma aparır.
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO












