Eyni anda 4 avtomobillə toqquşdu, 2 nəfəri öldürdü - VİDEO

Qəfil sükanı buraxdı, zəncirvari qəzanın baş verməsinə səbəb oldu.
Avtosfer.az xəbər verir ki, dəhşətli hadisə Portuqaliyanın mərkəzi yollarından birində baş verib. Sosial şəbəkələrdə müzakirə olunan videodan göründüyü kimi piyada keçidində duran avtomobillər arxadan yüksək sürətlə gələn yük maşınının qurbanına çevrilib. Anlıq idarəetməni itirməsi ilə eyni anda 4 avtomobilə çırpılan yük maşını digər nəqliyyat vasitələrinin də başqalarına dəyərək zəncirvari qəza yaratmasına səbəb olub. Ümumi olaraq 6 avtomobilə ziyan vuran yük maşını 2 sürücünün həyatına da son qoyub. Sağ qalan sürücü və sərnişinlər isə aldıqları xəsarətlərlə xəstəxanaya çatdırılıb. Yaralanan səbəbkar isə məsuliyyətə cəlb olunub.
Qeyd edək ki, sürücü günahı idarə etdiyi yük maşınının üzərinə atsa da, içkili olduğu aydınlaşıb. Və nəqliyyat vasitəsinə baxış zamanı onda hər hansı bir problemin mövcud olmadığı müəyyənləşib.
Nərmin Əkbər
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












