FHN betonqarışdıran maşının avtomobilin üzərinə aşması barədə məlumat yaydı - VİDEO

Fövqəladə Hallar Nazirliyi (FHN) aeroport yolunda baş verən qəza barədə məlumat yayıb. FHN-dən verilən xəbərə görə, bu gün günorta saatlarında “112” qaynar telefon xəttinə Bakı şəhəri, Suraxanı rayonu ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, “Honda” markalı minik və “MAN” markalı betonqarışdıran avtomobillərin iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində hər iki avtomobildə vətəndaşların sıxılı vəziyyətdə qaldığı müəyyən olunub. Xilasedicilər xüsusi xilasetmə alət və avadanlıqlarından istifadə etməklə sıxılı vəziyyətdə “Honda” markalı avtomobildə qalmış 2 nəfəri və “MAN” markalı betonqarışdıran avtomobildə qalmış 1 nəfəri xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Türkiyədə dəhşətli qəza: Azərbaycanlı gənc qız dəhşətli şəkildə can verdi - FOTO
Müşfiqabadda qəza: İki maşın toqquşdu, gənc sürücü yaralandı - VİDEO
Beyləqanda ağır qəza - ÖLƏN VAR
Zığ yolunun bağlanmasına səbəb olan dəhşətli qəzanın anbaan VİDEOsu
Bakı-Quba yolunda qəza: Ölən var
Binədə qəza: “Chevrolet” sərnişin avtobusuna çırpıldı - VİDEO
Şamaxıda ağır QƏZA - VİDEO
Döngədə idarəetmədən çıxan “KIA” işıq dirəyini və dəmir maneələri dağıtdı; sürücü yaralandı - VİDEO
Bakıda qəza nəticəsində bağlanan yol açıldı - YENİLƏNİB
Naxçıvanda avtomobil AŞDI: Beş nəfər xəsarət aldı - FOTO
Hövsanda motosiklet “Mercedes”ə çırpıldı, sürücü bir neçə metr kənara düşdü - REAL VİDEO













