FHN əməkdaşları qəzaya uğradı, ölən var

Gəncədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Qəza şəhərin çıxışında, Nizami məqbərəsinin yaxınlığında qeydə alınıb. Gəncə şəhər Polis İdarəsindən verilən məlumata görə, əslən Kəlbəcər rayonundan olan, Gəncə şəhərində məskunlaşan 1980-ci il təvəllüdlü Kənan Əbülfət oğlu Məmmədxanov paytaxt istiqamətində hərəkətdə olarkən idarə etdiyi 20- TN- 254 dövlət nömrə nişanlı "Daewoo" markalı avtomobillə yolda təmizlik işləri görən süpürgəçi- 1962-ci il təvəllüdlü Şahnaz Talıb qızı Məmmədovanı vurub. Daha sonra avtomobil yolun kənarındakı divara çırpılıb. Hadisə nəticəsində Şahnaz Məmmədova yerindəcə dünyasını dəyişib, avtomobildə olan sərnişinlər- Gəncə şəhər sakinləri- 1979-cu il təvəllüdlü Əlizamin Nəbi oğlu Hüseynov, 1985-ci il təvəllüdlü Mənsur Hümbət oğlu Əliyev və 1980-ci il təvəllüdlü Nazim Qəşəm oğlu Pənahov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar darhal Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Xəstəxanadan onların vəziyyətlərinin yaxşı olduğunu bildirdilər.
Qəzaya düşən şəxslər Fövqaladə Hallar Nazirliyinin əməkdaşlarıdır.
Faktla bağlı Gəncə şəhər Polis Şöbəsində araşdırma aparılır.
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO












