Banner

Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO

Qəzalar 14 Oktyabr 2026 15:41
Sərxoş sürücü qəza TÖRƏTDİ:  Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
WhatsApp kanalımıza abunə olun

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi Gədəbəydə ölümlə nəticələnən yol qəzası barədə məlumat yayıb.

BDYPİ-dən Avtosfer.az-a verilən məlumata görə, oktyabrın 13-ü saat 22:00 radələrində, Gədəbəy rayon sakini Şükür Ələkbərov şənlik mərasimində spirtli içki qəbul etdikdən sonra sükanı arxasına keçdiyi “VAZ” markalı avtomobili rayonun Çanaqçı kəndi ərazisində aşırıb.

Qəza nəticəsində avtomobildə olan sərnişinlər – sürücünün həyat yoldaşı hadisə yerində həyatını itirib, 12 yaşlı oğlu isə xəstəxanaya yerləşdirilib. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

"Baş Dövlət Yol Polisi İdarəsi nəqliyyat vasitələrinin sükanı arxasında sərxoş əyləşən şəxslərin əksər hallarda nəticəsi ağır fəsadlarla bitən kobud qayda pozuntularına yol verdiklərini bir daha xatırladır, belə qanunazidd əməllərə meyilli olan sürücüləri sözügedən ailə faciəsindən düzgün nəticə çıxarmağa çağırır", məlumatda deyilir.

bax.tvhttps://player.bax.tv/embed/227853.html?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=son-xeberler
Instagramhttps://www.instagram.com/p/DeeUIvNodfq/
 

 

 

Oxunub : 358
ŞƏRH YAZ
Ad

E-mail

Şərh