Xan Şuşinskinin qızından məktəb geyimləri ilə bağlı AÇIQLAMA

Azərbaycan dünyəvi dövlətdir. Ölkəmizdə dini inanclara hörmətlə yanaşılır. Dövlətimiz, xalqımız tolerant , multikultural dəyərlərə çox böyük hörmətlə yanaşır. Tarixə nəzər saldıqda görürük ki əsrlər boyu Azərbaycanda müxtəlif ölkələrin nümayəndələri yaşayıb və yaşamaqdadır.
Bu sözləri Xalq artisti, Xan Şuşinski Fondunun prezidenti Bəyimxanım Cavanşirova-Verdiyeva açıqlamasında deyib

B. Verdiyeva qeyd edib ki, biz bir xalq bir dövlət olaraq, hər xalqın, dilinə dininə, adət ənənələrinə hörmətlə yanaşmışıq. Azərbaycanda təhsil sistemi dünyəvi prinsiplərə əsaslanır.
"Məktəb elm, bilik məkanıdır. Yetişməkdə olan gənc nəsilin dünyagörüşünün genişlənməsi, müstəqil düşüncə və müasir biliklərə yiyələnməsi əsas prioritet olmalıdır. Dünyəvilik qəti surətdə dinə qarşı mövqe deyildir. Nazirlər Kabinetinin qərarına uyğun olaraq məktəblərdə vahid formanın qəbul edilməsi məktəblərdə şagirdlər arasında bərabərlik yaradır. Və bu təhsilin keyfiyyətinə müsbət təsir edir.
Bakıda Qırmızı Əmək bayrağı ordenli 190 nömrəli məktəbdə təhsil almışam. O dövrdə elm, təhsil almaq üçün hər birimiz təsdiq edilmiş formada məktəbə gələrdik. Bu uğurlu təhsil sisteminin inkişafına mühüm təsirini göstərirdi. Əsasən qızlarımız gələcəyin analarıdırlar.Savadlı ana,gələcəyə savadlı övlad yetirir. Milli mənəvi dəyərlərimizi uca tutaraq, məktəbə təhsil almağa gələn hər bir qız övladımız təhsil ocağının əsas tutduğu qanunlara riayət edərək, gələcəyin, yüksək dünyagörüşlü, savadlı kadrı kimi yetişməlidirlər",-deyə o bildirib./oxu24.com


Prezident İlham Əliyev Bayraq Günü ilə bağlı videoçarx paylaşıb - VİDEO
İlham Əliyevin adından Türkiyə prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsinin önünə əklillər qoyublar
Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər - YENİLƏNİB - VİDEO
Heydər Əliyevlə xanımı Zəfər abidəsini ziyarət etdi - FOTO
Şuşada İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü keçirilir
“Ölümsüz Komandan - Qarabağın Zəfər Marşı” adlı videoçarx hazırlanıb - VİDEO
Prezident: Vaxtilə “şeytan yuvası” olan bina Zəfər muzeyi olacaq
Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa MÜRACİƏT EDİB - VİDEO
Hikmət Hacıyev: Şuşada olmaq qürur və xoşbəxtlikdir - VİDEO
Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib - FOTO












