Gədəbəydə avtomobil aşıb, iki qardaş xəsarət alıb

Qəzalar 26 Mart 2021 16:00
Gədəbəydə avtomobil aşıb, iki qardaş xəsarət alıb
WhatsApp kanalımıza abunə olun

Gədəbəy rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə rayonun Xarxar kəndində qeydə alınıb.

Hərəkətdə olan minik avtomobili idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Qəza zamanı 1996-cı il təvəllüdlü Məmmədov Ayxan və onun qardaşı xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Vəziyyətlərinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Oxunub : 1466
ŞƏRH YAZ
Ad

E-mail

Şərh