Gəlin toyunda həyat qurtardı - FOTO

"Nənəmlə babamı maşın vurdu! Mən onların yanına qaçıram! Orada olmalıyam mütləq!"
Sara Rey bunu deyib maşının qapısını açdı və qəza yerinə qaçmağa başladı.
O, qəzaya düşmüş babasını və nənəsini xilas etməyə qaçırdı.
Avtosfer.az milli.az-a istinadən bildirir ki, olay ABŞ-ın Tennesi ştatındakı Klarksvill şəhərində baş verib. 29 yaşlı Sara Rey Tennesi ştatındakı hospitallardan birində feldşer işləyir. Dünən onun toyu idi və toy karvanında Saranın babası ilə nənəsinin əyləşdikləri Hyundai avtomobili də vardı.
Toyun olacağı restorana bir qədər qalmış döngədə həmin boz Hyundai-ı yük maşını vurub.
Bunu görən Sara əri Pol ilə əyləşdiyi maşının sürücüsündən avtomobili dayandırmasını istəyib.
Maşından düşən gəlin qəza yerinə qaçmağa başlayıb.
Baş verənləri Saranın anası Mersi Martin smartfonla çəkib. "Polla mən feldşerik və toy olsa belə, yardıma ehtiyac duyan insanlara kömək etməliyik. Nənəmlə babam da qəzaya düşmüşdülər. Ona görə yardım etməliydik. Mən maşından düşəndən dərhal sonra Pol da arxamca gəldi", - Sara söyləyib. Sara Reyin babası və nənəsi təcili yardımla xəstəxanaya aparılıblar.
Onların durumu normaldır.
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO












