Gəncədə iki avtomobil toqquşub, ana və oğlu xəsarət alıb

Gəncə şəhərində üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Avtosfer.az xəbər verir ki, şəhər ərazisində iki minik avtomobilin toqquşması nəticəsində üç nəfər xəsarət alıb.
Xəsarət alan Gəncə şəhər sakinləri, 1974-cü il təvəllüdlü Tacirə Ələsgərova, onun oğlu 1995-ci il təvəllüdlü Təbriz Əliyev və digər avtomobildə olan 1999-cu il təvəllüdlü Kəlbəcər rayon sakini, Azər Əlizadə xəstəxanaya yerləşdirilib.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Avtosfer.az-a bildirib ki, baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları həmin əraziyə gələrək müvafiq tədbirlər həyata keçirib. Hadisə zamanı xəsarət alan 1895-ci il təvəllüdlü, "Chevrolet" markalı avtomobilin sürücüsü Təbriz Əliyev, həmin avtomobildə olan sərnişin 1974-cü il təvəllüdlü Tacirə Ələsgərova və "VAZ" markalı avtomobilin sərnişini, 2003-cü il təvəllüdlü Gülnarə Mədətova müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Yaralıların vəziyyəti normaldır
Kənar dairəvi yoldakı qəzanın anbaan görüntüləri - VİDEO
Bakıda motosikletin yolunu kəsən sürücü qəza törətdi - ANBAAN VİDEO
Hərbçimiz faciəvi şəkildə HƏYATINI İTİRDİ - VİDEO
Sabirabadda ağır qəza: ÖLƏN VAR - YENİLƏNİB
Sumqayıtda ağır QƏZA: Piyada hadisə yerində ÖLDÜ
"Formula-2"də qəza: Mari Boya yarışı vaxtından əvvəl dayandırdı - FOTO
Dəhşətli qəza baş verdi: Hərbçi həlak oldu
Sükan arxasında yuxulayan sürücü qəza törətdi - VİDEO
Binəqədidə qəza: “Mercedes”lə toqquşan “Changan” aşdı - VİDEO
Cəlilabadda qəza: İki “VAZ” bir-birinə çırpıldı - VİDEO
Naxçıvanda FACİƏ: Ər-arvad xəsarət aldı, körpələri ÖLDÜ - FOTO












