Gəncədə qəza: “Mercedes” “Naz Lifan”la toqquşdu - VİDEO

Qayda pozuntusu törədən sürücü qəza səbəbkarına çevrilib. Avtosfer.az xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan yol-nəqliyyat hadisəsi 31 may tarixində, Gəncədə baş verib. Hadisə şahidlərinin kamerasına tuş gələn görüntülərdən də bəlli olduğu kimi “Mercedes Benz” markalı avtomobil 22-BJ-057 dövlət nömrə nişanlı, “Naz Lifan” markalı avtomobillə toqquşub. Nəticədə “Naz Lifan” markalı avtomobilin sol hissəsi tamamilə sıradan çıxıb. “Mercedes”in isə sağ ön hissəsi yararsız vəziyyətə düşüb. Hadisə şahidlərinin məlumatına görə xoşagəlməz hadisənin baş verməsinə səbəb “Naz Lifan” sürücüsünün xəbərdarlıq etmədən qəfil manevrlə sol zolağa keçməsi olub. Xoşbəxtlikdən qəza zamanı xəsarət alan olmayıb.
Qeyd edək ki, hadisə yerinə cəlb olunan polis əməkdaşları faktla bağlı araşdırma işi aparıb.
Nərmin
Bir gündə 3 avtomobil sıradan çıxdı: Sakinlər AAYDA-dan narazıdır - VİDEO
Aeroport yolunda AĞIR QƏZA - VİDEO
Bakıda ağır qəza: ÖLƏN var
Binəqədidə AĞIR QƏZA: İki avtomobil toqquşdu - VİDEO
Hövsanda daha bir qəza: İki avtomobil toqquşdu - VİDEO
Milli Qəhrəmanın oğlu qəzaya düşdü - TƏBİB-dən AÇIQLAMA
Saray körpüsündə 3 maşın bir-birinə çırpıldı – Xəsarət alan var - VİDEO
Bakıda “Tesla” işıq dirəyinə çırpılıb əks yola çıxdı - VİDEO
Qaxda ağır qəza: Dörd yeniyetmə xəsarət aldı - YENİLƏNİB
Hövsanda qəza: Maşının buferi qopub mağazanın şüşəsini sındırdı - VİDEO
Yük maşını 12 yaşlı velosipedçini vurub ÖLDÜRDÜ











