Geriyə sürərək “Prius”u gözündən vurdu - VİDEO

Avtomobilini geriyə sürən sürücü arxada saxlayan “Prius”u hədəfinə çevirib.
Avtosfer.az xəbər verir ki, sosial şəbəkələrdə müzakirə obyektinə çevrilən hadisə paytaxtın mərkəzi küçələrindən birində baş verib. Yolun müşahidə kamerasına düşən görüntüdən də bəlli olduğu kimi qara rəngli avtomobil arxada dayanan “Toyota Prius” markalı maşına dəyib. Diqqətlə baxdığımız zaman tıxacla bağlı avtomobillərin sürətini yavaşlatdığını görə bilərik. Onlardan fərqli olaraq qara rəngli maşının sürücüsü nəqliyyat vasitəsini arxa-arxaya verərək işin içindən çıxmağa çalışıb. Bu zaman geridə dayanan “Prius”un sol hissəsinə toxunub.
Qeyd edək ki, geriyə hərəkət manevri qaydasını pozduğu üçün sürücü İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilə bilər.
Nərmin
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












