Goranboyda “06” yük maşınına çırpıldı

Goranboyda ağır yol nəqliyyat hadisəsi baş verib. Hadisə rayonun Dəliməmmədli şəhəri ərazisində olub. Avtosfer.az xəbər verir ki, bu barədə Goranboy rayon Polis İdarəsindən anspress-ə verilən məlumata görə Goranboy rayon sakini 1961-ci il təvəllüdlü Aslan İbrahimov idarə etdiyi “VAZ 2106” markalı şəxsi avtomobili ilə gedərkən idarəetməni itirib və qarşısında hərəkət edən “MAN” markalı yük avtomobilinə arxadan çırpılıb.
Hadisə nəticəsində “VAZ 2106”-da olan sürücü A.İbrahimov və sərnişinlər İsmayılova Yeganə Əhəd qızı, İsmayılova Ülzanə Süleyman qızı müxtəlif bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər.
Lakin həkimlərin səyinə baxmayaraq sürücü A.İbrahimovun həyatını xilas etmək mümkün olmayıb.
Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından bildirdilər ki, xəstələrdən Yeganə İsmayılovaya sağ çiyin oynağının sınığı, Ülzanə İsmayılovaya isə döş qəfəsinin küt travması, sağ baldır nahiyəsinin sınığı diaqnozu qoyulub. Hazırda vəziyyətləri normaldır.
Faktla bağlı Goranboy rayon Polis Şöbəsində araşdırma aparılır.
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO












