Goranboyda qəza zamanı iki nəfər ölüb, üç nəfər yaralanıb - YENİLƏNİB - FOTO

Goranboyda yol qəzasında ölən şəxslərin kimliyi məlum olub.
Avtosfer.az -ın məlumatına görə, qəza nəticəsində 1998-ci il təvəllüdlü F.Məmmədli və 2000-ci il təvəllüdlü T.Qasımlı həyatını itirib.
Qeyd edək ki, qəzaya düşənlər Sumqayıtdan Gəncə şəhərinə istirahətə gedirlərmiş.
Faktla bağlı araşdırma aparılır.(APA)
08:40
Bakı-Qazax avtomobil yolunda baş verən yol qəzasında xəsarət alanların şəxsiyyəti məlum olub.
"Report"un məlumatına görə, Goranboy rayon ərazisində minik avtomobilinin kiçik tutumlu yük maşını ilə toqquşması nəticəsində 1988-ci il təvəllüdlü M.Rəhimov və 2001-ci il təvəllüdlü E.Qocayev xəsarət alıb, 2002-ci il təvəllüdlü X.Babayev isə həyəcan hissləri yaşayıb və həkimlər tərəfindən tibbi yardım göstərilib.
Xatırladaq ki, qəza nəticəsində iki nəfər dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
02:09
Bakı-Qazax magistral yolunda ağır yol-nəqliyyat hadisəsi olub.
“Report”un Qərb bürosunun məlumatına görə, hadisə magistral yolun Goranboy rayonunun Goran qəsəbəsindən keçən hissəsində qeydə alınıb.
Minik avtomobilinin yük maşını ilə toqquşması nəticəsində iki nəfər dünyasını dəyişib, üç nəfər ağır xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır
Zığ şosesində hərəkət məhdudlaşdırıldı: SƏBƏB
Naxçıvanda avtomobil AŞDI: Beş nəfər xəsarət aldı - FOTO
Hövsanda motosiklet “Mercedes”ə çırpıldı, sürücü bir neçə metr kənara düşdü - REAL VİDEO
Mingəçevirdə qəza: “Chevrolet” sürücüsü “VAZ”ı vurub maneəyə sıxışdırdı - VİDEO
Bakı–Quba yolunda yük maşınının qoşqusu körpüyə çırpıldı - ANBAAN VİDEO
Bakıda mikroavtobus divara çırpıldı - VİDEO
Binəqədidə ağır qəza: “KamAZ”la “BYD” toqquşdu – VİDEO
Xaçmazda iki maşın toqquşdu, bir nəfər yaralandı - VİDEO
At arabaları ilə bağlı XƏBƏRDARLIQ - Bir ayda 1 ölü, 3 yaralı - FOTO
Goranboyda avtomobil qəzası: 13 yaşlı yeniyetmə...
Novxanı-Pirşağı yolunda dəhşətli qəza: Yaralılar var – VİDEO - YENİLƏNİB













