Goranboyda qəza: Yüksək sürətlə hərəkət edən avtomobil betona çırpıldı - VİDEO

Yüksək sürətlə hərəkət edən sürücü qəfil idarəni itirərək qəzaya səbəb olub.
Avtosfer.az xəbər verir ki, yol-nəqliyyat hadisəsi bugün səhər saatlarında, Goranboy rayonunun Nadirkənd kəndində qeydə alınıb. Videoya düşən görüntüdən məlum olduğu kimi, “Opel” markalı avtomobil yolun sağındakı betona çırpılıb. Qəza şahidlərinin məlumatına əsasən olayın baş verməsinə səbəb sürücünün nəzərdə tutulan sürət həddindən yüksək avtomobili idarə etməsi olub. Qəfildən sükanı buraxan sürücü öncə dəmir dirəyə, daha sonra isə betona dəyərək fırlanıb. Nəticədə avtomobilin müəyyən hissələri sıradan çıxıb. Sürücü və sərnişinlər arasında ciddi xəsarət alan olmayıb.
Qeyd edək ki, rayon üzrə DYP əməkdaşları hadisə yerinə cəlb olunub və faktla bağlı araşdırma aparıb.
Nərmin
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












