Goranboyda "VAZ-2106" aşdı, ölən var

Avqustun 7-də səhər saatlarında Goranboy rayon Veysli kəndi ərazisində yol-nəqliyyat hadisəsi olması barədə Goranboy Rayon Polis Şöbəsinə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Avtosfer.az-a bildirib ki, dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb.
İlkin araşdırmalar zamanı məlum olub ki, sürücü Babək Hüseynov VAZ markalı avtomobil ilə hərəkətdə olarkən idarəetməni itirərək avtomobili aşırıb və nəticədə sərnişin, 1994-cü il təvəllüdlü Seymur Verdiyev hadisə nəticəsində ölüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
***
Goranboyda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə rayonun Veysli kədinin yaxınlığında qeydə alınıb. Hərəkətdə olan "VAZ-2106" markalı minik maşını yoldan çıxaraq aşıb.
Qəza zamanı bir nəfər ölüb, bir nəfər ağır yaralanıb.
Faktla bağlı araşdırma aparılır. (apa)
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












