Goranboyda zəncirvari qəza: sərnişinin qolu sındı - VİDEO

Qəzalar 19 May 2023 20:14
Goranboyda zəncirvari qəza: sərnişinin qolu sındı   - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bu gün Goranboy rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Şəfibəyli-Zeyvə yolunda qeydə alınıb.

Belə ki, “Niva” markalı minik avtomobili idarəetməni itirərək, VAZ-2106 markalı avtomobilini arxadan vurub. Daha sonra isə “Nissan Tida” markalı nəqliyyat vasitəsinə çırpılıb.

Qəza zamanı “Niva” aşıb və sərnişini xəsarət alıb. Xəstəxanaya aparılan şəxsin qolunun sındığı məlum olub.

Həmin görüntüləri təqdim edirik:

(oxu.az)

Oxunub : 1452
ŞƏRH YAZ
Ad

E-mail

Şərh