Göyçay polisinin axtardığı kişi yol qəzasında öldü

Bakı-Şamaxı-Yevlax avtomobil yolunda bir nəfərin ölümü ilə nəticələnən avtomobil qəzası baş verib. Hadisə magistral yolun 203-cü kilometrliyində, Göyçayın Qarayazı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Göyçay şəhər sakini, 49 yaşlı Səbuhi İsayevin idarə etdiyi 23-BX-050 dövlət nömrə nişanlı “VAZ 2107” markalı minik maşını qarşı tərəfdən gələn Ağsu rayon sakini, 52 yaşlı Əziz Məhərrəmovun idarə etdiyi 54-BB-557 dövlət nömrə nişanlı “KaMAz” markalı yük maşını ilə toqquşub. Zərbənin təsiri nəticəsində yük avtomobili aşıb. Ağır bədən xəsarətləri alan sürücü Səbuhi İsayev hadisə yerində dünyasını dəyişib.
Məlumata görə, dünyasını dəyişən “Bismak” şirkətinin işçisi Səbuhi İsayev 7 gündür ki, itkin düşən şəxs kimi Göyçay rayon Polis Şöbəsi tərəfindən qeydiyyata alınıb. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
İsmayıllıda avtomobil yoldan çıxaraq aşıb: Yaralılar var - YENİLƏNİB
Yevlaxda dəhşətli qəza: İki nəfər öldü, üç nəfər yaralandı - VİDEO
Ələt-Astara yolunda qəza olub: Üç nəfər xəsarət alıb
Mingəçevir-Xaldan yolunda arxa təkərləri qopan avtomobil dirəyə çırpıldı - VİDEO
Türkiyədə təlim təyyarəsi qəzaya düşdü - VİDEO
Balakəndəki 4 nəfərin öldüyü dəhşətli qəzada xəsarət alan şəxsin son durumu - RƏSMİ
Beyləqanda “VAZ” və “UAZ” toqquşdu, xəsarət alan var - VİDEO
Salyanda iki yük maşını toqquşdu, sürücülərdən biri yaralandı - VİDEO
Nasaz avtomobil sürücüsünün səhvi AĞIR QƏZAYA SƏBƏB OLDU - ANBAAN VİDEO
"Shacman"la "Mitsubishi" toqquşub, AAYDA-nın əməkdaşı vəfat etdi - VİDEO
Sədərək-Binə yolunda yük maşını yanıb kül oldu - VİDEO










