Göyçayda ağır qəza: Ölənlər və yaralananlar var - FOTO

Göyçay rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın məlumatına görə, hadisə bu gün saat 14 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Göyçay rayonunun Qarayazı kəndi ərazisindən keçən hissəsində baş verib. Yolda hərəkətdə olan "Opel" , KIA və "Chevrolet" markalı avtomobillər toqquşub. Hadisə nəticəsində avtomobillərdən birində olan yeniyetmə qız aldığı xəsarətlərdən hadisə yerində ölüb, xəsarət alan var. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.
***
Göyçayda zəncirvari yol-nəqliyyat qəzasında ölənlərin sayı 2-ə çatıb. Bakı–Şamaxı–Yevlax avtomobil yolunun Göyçayın Qarayazı kəndi ərazisindən keçən hissəsində qeydə alınan hadisə zamanı 2016-cı il təvəllüdlü Leyla Feyzullayeva hadisə yerində ölüb. 1964-cü il təvəllüdlü Mehriban Əmrahova, 1968-ci il təvəllüdlü İmran Əmrahov, 1970-ci il təvəllüdlü Hüseyn Salahov, 1988-cü il təvəllüdlü Arzu Feyzullayeva və 2 yaşlı qız uşağı isə xəsarət alıblar. Onlar Göyçay Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Yaralılardan H.Salahov xəstəxanada ölüb.
Yevlaxda ağır yol qəzası - Nəvə ölüb, babası ağır xəsarət alıb
Kürdəmirdə avtomobil ağaca çırpıldı: Sürücü xəsarət aldı – FOTO
Ödənişli yolda AĞIR QƏZA: Xəsarət alanlar var - FOTO - YENİLƏNİB
Ağsuda DƏHŞƏTLİ QƏZA: Ölən var - FOTO - YENİLƏNİB
Ödənişli yolda avtomobil aşıb, xəsarət alanlar var - FOTOLAR
Bakıda maşın aşdı - VİDEO
Hövsanda “VAZ”la toqquşan “Mitsubishi” marketə çırpıldı - VİDEO
Ağsuda “Mercedes” yük maşınına çırpıldı - VİDEO
Şabranda maşın ağaca çırpıldı, ölən var - FOTO - VİDEO
Bakıda sərnişin avtobusu QƏZAYA DÜŞDÜ - VİDEO - YENİLƏNİB
İmişlidə AĞIR QƏZA: 2 nəfər ÖLDÜ - YENİLƏNİB












