Göyçayda ağır qəza : Sürücünün ayaqları sındı - VİDEO

Sürət həddini aşan sürücü qəflətən sükanı buraxaraq avtomobili yoldakı betona çırpıb.
Avtosfer.az xəbər verir ki, ağır yol-nəqliyyat hadisəsi dünən axşam saatlarında, Göyçay rayonunda baş verib. Yüksək sürətlə hərəkət edən 99-ME-398 dövlət nömrə nişanlı, “VAZ-2107” markalı avtomobil qəflətən idarəetməni itirib və maşını yolun ortasındakı dairəyə çırpıb. Nəticədə avtomobilin sol hissəsi tamamilə yararsız vəziyyətə düşüb, gənc sürücü isə ağır xəsarətlərlə Rayon Mərkəzi xəstəxanasına yerləşdirilib. Xəstəxanadan daxil olan məlumata əsasən, 21 yaşlı gəncin aldığı ciddi zərbədən ayaqları və qabırğaları sınıb, vəziyyəti isə hələlik orta dərəcədədir.
Qeyd edək ki, hadisə yerinə cəlb olunan DYP əməkdaşları baş vermiş qəza hadisəsiylə bağlı araşdırma aparıb.
Nərmin
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












