Göyçayda qəza: 3 yaralı

Göyçay rayonunda 3 nəfərin xəsarət aıması ilə nəticələnən avtomobil qəzası baş verib.
Avtosfer.az regiontv-yə istinadən xəbər verir ki, hadisə bu gün səhər saat 08:30 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Göyçay şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. 23-BX-428 dövlət nömrə nişanlı "VAZ 21099" markalı minik avtomobili qarşı tərəfdən gələn 23-BJ-526 dövlət nömrə nişanlı "VAZ 2106" markalı minik avtomobili ilə toqquşub.
Hadisə zamanı Göyçayın Ləkçıplaq kənd sakini, 1941-ci il təvəllüdlü Arif Məhəmməd oğlu İsmayılov, Şıxbəy kənd sakini, 1977-ci il təvəllüdlü Taleh Fazil oğlu Zalov və Ərəb kənd sakini, 1994-cü il təvəllüdlü Asif Asim oğlu Xəlilov yaralanıblar.
Onlar Göyçay Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO












