Göyçayda qonşuların maşınları toqquşdu, ikisi də yaralandı

Göyçay rayonunda 2 nəfərin ağır xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib. Avtosfer.az-ın APA-ya istinadən xəbərinə görə, hadisə bu gün saat 16:00 radələrində Göyçay-Ucar avtomobil yolunun 7-ci kilometrliyində, Hüngütlü kəndi ərazisində qeydə alınıb. Göyçay şəhərinin Natavan küçəsi, 28/1 ünvanında yaşayan, 1997-ci il təvəllüdlü Hacıyev Tahir Mahir oğlunun idarə etdiyi 23-BH-687 dövlət nömrə nişanlı “Volkswagen Passat” markalı minik maşını qarşı tərəfdən gələn qonşusu, şəhərin Natavan küçəsi, 28/14 saylı mənzildə yaşayan 1985-ci il təvəllüdlü İsmayılov Seyran Telman oğluna məxsus 90-SE-172 dövlət nömrə nişanlı “Lada Priora” markalı minik maşını ilə toqquşub. Zərbənin təsiri nəticəsində hər iki avtomobil yoldan çıxaraq ağaclara və hasara çırpılıb. Hadisə nəticəsində avtomobillərin sürücüləri ağır bədən xəsarətləri ilə Göyçay Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Göyçay Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO












