Göyçayda yol qəzası olub- ata və oğul xəsarət alıb - FOTO

Göyçay rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə axşam saatlarında Göyçay-Cəyirli-Alpout yolunun Ləkçıplaq kəndindən keçən hissəsində qeydə alınıb.
Rayonun Qaraxıdır kənd sakini Şahnəzər Səlimov "QAZ-3110" markalı minik avtomobili ilə hərəkətdə olarkən nəqliyyat vasitəsinə idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq elektrik dirəyinə çırpılıb. Hadisə zamanı sürücü və oğlu Nəzər Səlimov müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Faktla bağlı Göyçay Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Qeyd edək ki, zərbənin təsirindən dəmir dirəyə bağlanmış 10 kilovoltluq elektrik naqilləri qırılıb. Nəticədə Ləkçıplaq, Bığır, Qaraman, Yalman, Qaraxıdır, Şəkər, Veysəlli, Alıkənd, Mırtı kəndlərinə elektrik enerjisinin verilişi dayanıb. Hazırda "Azərenerji" ASC-nin Göyçay rayon Elektrik Şəbəkəsinin əməkdaşları hadisə yerindədir./report
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO














