Göygöldə maşın beton dirəyə çırpıldı: 4 yaralı

Gəncə-Şəmkir yolunda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Avtosfer.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə Göygöl rayonunun Quşqara kəndi ərazisinə qeydə alınıb. Gəncə şəhər sakini, 1965-ci il təvəllüdlü Naməddin Babayev idarə etdiyi «QAZ»-24 markalı avtomobili sözügedən kənddə körpünün üzərində olan, hərəkət zolağını ayıran beton dirəyə çırpıb. Nəticədə sürücü və avtomobildə olan sərnişinlər - 1998-ci il təvəllüdlü Zəfər Hüseynov, 1990-ci il təvəllüdlü İlqar Rüstəmov və 1986- cı təvəllüdlü Vüqar Rüstəmov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər. Yaralılara tibbi yardım göstərilib və vəziyyətləri normal qiymətləndirilir.
Faktla bağlı Göygöl Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO












