Göygöldə qəza: 6 nəfər yaralanıb

Göygöldə iki avtomobil toqquşub. Hadisə dünən gecə saat 23:50-də rayon mərkəzində qeydə alınıb. Avtosfer.az xəbər verir ki, bu barədə Göygöl Rayon Polis Şöbəsindən anspress-ə verilən məlumata görə, Samux rayon sakini, 1992-ci il təvəllüdlü Abdulla Ziyad oğlu Abdullayevin idarə etdiyi “VAZ 2107” markalı avtomobil Nurlan Əmiraslanovun idarə etdiyi “LADA Priora” markalı avtomobil toqquşub.
Hadisə nəticəsində hər iki avtomobilin sürücüsü və avtomobillərdə olan sərnişinlər 1992-ci il təvəllüdlü Goranboy rayon sakini Elşad İlqar oğlu Hüseynov, Daşkəsən rayon sakini 1985-ci il təvəllüdlü Könül İlham qızı Mehdiyeva, Gəncə şəhər sakini 1955-ci il təvəllüdlü Vidadi Nəriman oğlu İmamquliyev və Gəncə şəhər sakini 1992-ci il təvəllüdlü Tural Teyyub oğlu Süleymanov müxtəlif bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına çatdırılıblar.
Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından verilən məlumata görə, xəsarət alanlardan A.Abdullayevin vəziyyəti ağırdır. Onun dalağı parçalandığı üçün hazırda əməliyyata alınıb. Digər yaralıların vəziyyəti isə orta ağırdır.
Faktla bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma aparılır.
Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Çox sayda insan yanaraq öldü - FOTO - VİDEO
Zərdabdakı qəzada yanaraq ölən müəllim Vətən müharibəsi iştirakçısı imiş - FOTO
Hacıqabulda AĞIR QƏZA: Ölənlər var - YENİLƏNİB
Avtomobildə sıxılı qalan sürücü belə xilas edildi - VİDEO
"Pajero"nun iki avtomobilə çırpıldığı qorxunc qəzanın ANBAAN VİDEOSU
Tovuzda dörd avtomobilin iştirakı ilə zəncirvari qəza: Ölən var - FOTOLAR
Bakıda yağışlı havada zəncirvari qəza: Yaralı var - VİDEO
Beyləqanda ağır qəza - Ata öldü, qızı yaralandı
Qəzada ölən Pərvin əsgərlikdən yeni qayıtmışdı, nişanı olacaqdı - FOTO
Sükan arxasında yuxulayan sürücünü təhlükəsizlik kəməri xilas edibmiş - REAL VİDEO
Sükan arxasında yuxulayan sürücü "Prado"nu AŞIRDI - VİDEO










