Göygöldə yol qəzasında bir nəfər xəsarət alıb
Qəzalar
19 Mart 2021 22:47
Oxunub 2768

Göygöldə yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb.
Hərəkətdə olan “VAZ” markalı minik maşını ilə digər minik avtomobili toqquşub. Qəza zamanı 1998-ci il təvəllüdlü Röyal Qocayev xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Yaralının vəziyyətinin orta-ağır olduğu bildirilir. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













