Göygöldə yük və minik maşını toqquşub, xəsarət alanlar var
Qəzalar
5 Sentyabr 2023 11:49
Oxunub 652
Göygöldə yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə hadisə rayonun girişində qeydə alınıb. Hərəkətdə olan “KamAZ”-la minik maşını toqquşub.
Qəza zamanı minik maşınında olanlar 1961-ci il təvəllüdlü İnqilab Fərəcov və 1981-ci il təvəllüdlü Xəqani Namazov xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
apa
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













