Güclü qasırğa qatarı körpüdən aşırdı - VİDEO

İnternetdə küləyin körpüdən vaqonları sovuraraq aşağı saldığı əks olunan video yayılıb.
Avtosfer.az xarici mətbuata istinadən xəbər verir ki, onların yola düşməsinə baxmayaraq nəticədə heç kim zərər çəkməyib.
Hadisə Elmvud şəhərində (Luiziana ştatında) baş verib. Qəzanı yerli sakinlərdən biri video-qeydiyyatçının sayəsində qeydə ala bilib. Çəkiliş 30 saniyədən çox çəkir: bu müddət ərzində vaqonların yola necə düşdüyü görünür. Şahidlər küləyin qatarı sanki oyuncaq kimi çevirdiyini deyiblər. Əldə olan məlumata görə, ümumilikdə 11 vaqon aşıb, onlar 15 metrlik hündürlükdən düşüblər. Vaqonlarda toksin tərkibli maddələr olmayıb.
Xatırladaq ki, güclü külək Elmvud və Baton-Ruj şəhərində baş verib. Ağaclar və onlarla avtomobil çevrilib. Bundan başqa, 70 min sakin elektrik ötürücülərinin sıradan çıxması nəticəsində işıqsız qalıb. Vaqonların aşmasından sonra, hadisə baş verən ərazi xüsusi xidmət tərəfindən təmizlənib və qatarların hərəkəti bərpa edilib.
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO












