Gürcüstana gedən motosikletçi qəzaya düşdü - Kürdəmirdə

Kürdəmir rayonunda motosikletçi qəzaya düşüb. Avtosfer..az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax əsas magistral yolunun 207-ci kilometrliyində, Kürdəmir rayonu ərazisində qeydə alınıb. Bakıdan Gürcüstana doğru motosikletlə hərəkət edən 50 yaşlı Ələkbərov Məmməd Ayxan oğlunun motosikleti yoldan çıxaraq aşıb. Nəticədə M. Ələkbərov müxtəlif bədən xəsarətləri ilə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
***
Bakıdan Gürcüstana gedən 10 nəfər baykerdən birinin motosikleti Bakı-Qazax magistral yolunun 207-ci km-də, Kürdəmir rayonu ərazisində qəzaya uğrayıb. "Report" xəbər verir ki, Bakı şəhər sakini Mamed Aydın oğlu Əkbərovun motosikleti yoldan çıxıb və bayker müxtəlif dərəcəli bədən xəsarəti alıb. Xəsarət alan şəxs Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstənin qolunda sınıq var və hazırda onun vəziyyəti stabildir. Hadisə ilə əlaqədar Baş Dövlət Yol Polisi araşdırma aparır.
Qeyd edək ki, Bakıdan Gürcüstana gedən 10 nəfərlik bayker dəstəsində ANS şirkətlər qrupunun prezidenti Vahid Mustafayev də var.
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO












