Hacıqabul-Şirvan yolunda ağır qəza: Sürücünün cəsədi sükan arxasında qaldı - VİDEO

Yüksək sürətlə avtomobilin idarəsini buraxan sürücü elə sükan arxasında son nəfəsini verib.
Avtosfer.az xəbər verir ki, ağır yol nəqliyyat hadisəsi 16 iyun tarixində, saat 12 radələrində Hacıqabul-Şirvan yolunda qeydə alınıb. Görüntülərdən məlum olduğu kimi, “VAZ-2115” markalı avtomobil, 24-AA-050 dövlət nömrə nişanlı, “Fiat Albea Sole” markalı təlim avtomobiliylə toqquşub. Hadisə şahidlərinin məlumatına əsasən, qorxunc qəzanın baş verməsinə səbəb yüksək sürət olub. Belə ki, “VAZ-2115” markalı maşının idarəçisi qəflətən sükanı buraxıb və “Fiat”a dəyərək ana yoldan çıxıb. Nəticədə kimliyi bəlli olan sürücü - Beyləqan rayonunun Dünyamalılar kənd sakini Cavid İsmayılzadə hadisə yerindəcə keçinib, digər avtomobilin idarəçisi və yan sükanda əyləşən sərnişin isə müəyyən xəsarətlər alıb.
Nərmin
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












