Hacıqabulda avtobusun aşması nəticəsində xəsarət alanların adları məlum olub - SİYAHI

Bu gün axşam saatlarında Hacıqabul rayonunun Ağacanlı kəndi ərazisində avtobus qəzaya uğrayıb. Avtosfer.az "report"-a istinadən xəbər verir ki, 24-AC-227 dövlət qeydiyyat nişanlı avtobus quşçuluq fabrikində işləyən fəhlələri daşıyarkən anidən idarəetməni itirib və yolun kənarına aşıb.
Hadisə zamanı avtobusda 15 nəfər fəhlə olub. Onlardan 3 nəfəri - Hacıqabul sakinləri -1966-cı il təvəllüdlü Arzu Ağarıza qızı Abasova, 1966-ci il təvəllüdlü Dürdanə Ağadadaş qızı Abdullayeva və 1980-cı il təvəllüdlü Rəşidə Ağamalı qızı Qafarova müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar dərhal Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb və Travmatologiya şöbəsinə yerləşdirilib. Bundan əlavə daha 10 nəfər fəhlə xəstəxanaya gələrək həkimlərə müraciət edib və onlar ilk tibbi yardım alaraq evə buraxılıb.
Faktla bağlı araşdırma aparılır.
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO












