Hava şəraiti qəzaya səbəb oldu: 3 yaralı

Xaçmazda qəza nəticəsində 3 nəfər xəsarət alıb. Qəza sürücülərin hava şəraitini nəzərə almaması səbəbindən baş verib. Hadisə bu gün səhər saat 10:30 radələrində Xaçmaz rayonu ərazisində, Gəndab -Yalama yolunun 26ci km də qeydə alınıb. Xaçmazın Mançaroba kənd sakini, 29 yaşlı Orxan Haciyevin idarə etdiyi «VAZ» markalı avtomobil Xudat istiqamətinə hərəkət edərkən əks tərəfdən gələn, Xaçmazın Müzəffəroba kənd sakini, 56 yaşlı Nəsrəddin Səmədovun idarə etdiyi «QAZ 31» markali avtomobillə toqqusub. Nəticədə hər iki sürücü və «VAZ»-da olan sərnişin Osman Osmanov müxtəlif dərəcəli bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasının travmatologiya şöbəsinə çatdiriliblar. Hər iki avtomobil qəza nəticəsində yararsız hala düşüb.
Hadisə yerində araşdirma aparan BDYPİ-nın istintaq və təhqiqat şöbəsinin müstəntiqi Elşən Mürsəliyev hadisəyə hər iki sürücünün yağışlı hava şəraitini nəzərə almaması və bu zaman yüksək sürətlə hərəkət etmələrinin səbəb olduğunu bildirib. Hazırda faktla bağlı araşdirma davam edir.
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO












