”Hələ kreditini ödəyib qurtarmamışam” - FOTO

Bu gecə məşhur prodüser Mikayıl Hüseynovun başına xoşagəlməz hadisə gəlib. Paytaxtın əyləncə məkanlarından birində doğum gününü qeyd edən prodüserin avtomobilini naməlum şəxs vuraraq qaçıb. Gördüklərindən prodüser pərişan olub.
Avtosfer.az xəbər verir ki, bu barədə publika.az-a açıqlama verən prodüser polisə şikayət edib. “Ad günümün keçirildiyi məkandan çıxanda avtomobilimi vurulmuş vəziyyətdə gördüm. Hadisə Nəsimi rayonu ərazisində baş verib. Dərhal 102 polis xidməti ilə əlaqə saxladım ki, baş vermiş hadisə ilə əlaqədar şikayət etdim. Polis xidmətindən bildirdilər ki, hadisənin baş verdiyi ərazidə müşahidə kameraları yoxdur. Bu səbəbdən şikayət ərizəmi geri götürdüm”.
Mikayıl Hüseynov onu da bildirib ki, avtomobili hələ kreditdədir.
“Hyundai Teane” avtomobilimi təzə almışdım. Hələ kreditini ödəyib qurtarmamışam. Hazırda banka 10 min dollar borcum qalıb. Sığorta da icbari etdirmişəm. Avtomobilin min manatlıq xərci var”.
Saat 23:00-da məkana daxil olan prodüser hadisədən səhərə yaxın, saat 04:00-da, oranı tərk edərkən xəbər tutub. “Bildiyim bircə odur ki, avtomobilimi qırmızı rəngli maşın vurub. Çünki maşınımın üstündə qırmızı izlər var”. Prodüser hadisənin bilərəkdən edilmədiyini və heç kəsdən şübhələnmədiyini bildirib. Qeyd edək ki, Mikayıl Hüseynov xalq artisti Nazpəri Dostəliyevanın prodüseridir.




.jpg)
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO












