Hərbi təlimdə helikopter qəzası - FOTO

Rusiyanın Ryazan vilayətində keçirilən avia şou zamanı qəza baş verib. Mi-28 hərbi helikopteri xüsusi hərbi elementi yerinə yetirən zaman yerə çırpılıb və alışmağa başlayıb. Helikopterdə olan pilotlardan biri - 45 yaşlı podpolkovnik zamanında katapultu açmayıb və həlak olub. Digər pilot isə xəstəxanaya yerləşdirilib.
Onun sözlərinə görə, hadisənin baş verməsinə səbəb hidrogücləndirici sistemdə nasazlıq olub. Dərhal hadisə yerinə tibb işçiləri və yanğınsödürənlər cəlb olunub. Bir neçə dəqiqə ərazində yanan helikopter söndürülüb. Hərbi Hava Qüvvələrinin komissiyası da qəzanın baş vermə səbəblərini araşdırır.
Bildirilir ki, baş verən qəzadan sonra Ryazan vilayətində keçirilən "Aviadarts" şousu dayandırılıb. Diktor mikrofonla şounun bugünlük başa çatdığını elan edib.
Qeyd edək ki, Rusiyada təşkil edilən beynəlxalq "Aviadarts" müsabiqəsi ilk dəfə idi ki, keçirilirdi. Müsabiqədə Rusiya, Belorusiya, Qazaxstan və Çindən olan pilotlar və 60-dan çox təyyarə və helikopter iştirak edir.
anspress
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO














