"Hyundai" "VAZ"-la toqquşdu - Azyaşlı bacılar öldü

Bakı Apellyasiya Məhkəməsində azyaşlıların ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Abil Həsənovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.
Avtosfer.az-ın əldə etdiyi məlumata görə, hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin növbəti iclası oktyabrın 19-na təyin edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 8 il müddətində azadlıqdan məhrum edilib.
Qeyd: Ötən il dekabrın 20-si saat 17 radələrində Xəzər rayonunun Türkan qəsəbəsi ərazisində Bakı şəhər sakinləri – 34 yaşlı Həsənov Abil Sədrəddin oğlunun idarə etdiyi “Hyundai” markalı, 99-OH-223 dövlət qeydiyyat nişanlı və 63 yaşlı Əliyev Qurban Polad oğlunun idarə etdiyi “VAZ 2107” markalı, 90-EY-518 dövlət qeydiyyat nişanlı avtomobillər toqquşub.
Nəticədə, Qurban Əliyev və sərnişinləri – paytaxt sakinləri 13 yaşlı Lütfəlizadə Əminə Əhməd qızı və onun bacısı 12 yaşlı Zalina hadisə yerində həyatlarını itirib, onların anası Lütfəliyeva Nigar Elbrus qızı və İsmayılova Ülviyyə Eldar qızı isə xəsarət alıb. Bununla yanaşı, “Hyundai” markalı avtomobildə olan 5 nəfər sərnişin – Babayeva İradə Quli qızı, Babayeva Xatirə Babakişi qızı, Hüseynova Nayibə Ağaraza qızı, Babayeva Göyərçin Arif qızı və Zeynalova Təranə Murad qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. İlkin araşdırma zamanı “Hyundai” markalı avtomobilin sürücüsü Abil Həsənov həmin gün səhər saatlarından başlayaraq fasiləsiz taksi fəaliyyəti ilə məşğul olduğu üçün yorulduğunu və bu səbəbdən sükan arxasında yuxulayaraq qarşı hərəkət zolağına çıxdığını bildirib.
Pravda.az
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












