«Hyundai»la «KİA» toqquşdu; «07» də onları «qucaqladı» - FOTO

Bakıda üç nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. APA-nın məlumatına görə, hadisə Heydər Əliyev prospektində qeydə alınıb. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, prospektin hava limanından şəhərin mərkəzinə doğru gedən hissəsindən üç avtomobil toqquşub. Prospektlə hərəkətdə olan "Hyundai" markalı avtomobilə arxadan "KİA" markalı maşın çırpılıb. Arxadan yüksək sürətlə gələn «VAZ-2107» markalı avtomobilin sürücüsü isə idarəetməni itirib və maşını qəzaya uğramış avtomobillərə çırpıb. Qəza nəticəsində "VAZ-2107"-nin sürücüsü, 1986-cı il təvəllüdlü Şirinov Qüdrət Fariz oğlu və həmin maşındakı sərnişinlər - 1987-ci il təvəllüdlü Quliyev Emil Məzahir oğlu, 1981-ci il təvəllüdlü Bədəlov Rəşad Əliseyran oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralılar hadisə yerinə çağırılmış təcili tibbi yardım maşınları ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO















