İcra hakimiyyətinin avtomobil körpüdən aşdı: 2 ölü - YENİLƏNİB

Rayon icra hakimiyyətinə məxsus avtomobil körpüdən düşüb. Avtosfer.az “report”-a istinadən xəbər verir ki, hadisə Qax şəhərində baş verib. Belə ki, Qax rayon İcra Hakimiyyətinə məxsus (RİH) “34 AA 054” dövlət nömrə nişanlı “QAZ 3110” markalı avtomobil Kürmük çayı üzərindəki körpüdən düşüb.
Hadisə nəticəsində bir nəfər ölüb, dörd nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Qax rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ölən şəxs Qax rayon İcra Hakimiyyətinin əməkdaşı Şahid Əhmədovdur. Yaralıların adları dəqiqləşdirilir.
***
APA-nın məlumatına görə, qəza nəticəsində avtomobildə olan sərnişin Şahid Əhmədov hadisə yerində, digər sərnişin Vüqar Paşayev isə xəstəxanaya aparılarkən yolda ölüb. Avtomobilin sürücüsü və digər sərnişinlər – Asif Məmmədzadə və Firudin Yusifzadə müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər. Xəstəxanadan verilən məlumata görə, yaralıların vəziyyəti orta-ağırdır.
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO















