İki avtomobil toqquşdu: Xəsarət alan var

Ağdaş şəhərindən Ləki qəsəbəsinə aparan avtomagistralda yol qəza hadisəsi qeydə alınıb.
Avtosfer.az eltv-yə istinadən xəbər verir ki, şahidlərin sözlərinə görə qəzaya səbəb "Niva" markalı avtomaşının dönmə əməliyyatını düzgün yerinə yetirməməsidir. Belə ki, Ağdaş şəhəri istiqamətində hərəkətdə olan "Niva" rayonun Nehrəxəlil kəndinə dönmək istəyərkən Ləki istiqamətində hərəkətdə olan "Mersedes"in yoluna çıxıb.
"Mercedes"in sürücüsü Eldar Mirələm oğlu Rəsulov "Niva" ilə toqquşmamaq üçün idarə etdiyi avtomobili hərəkət zolağının əks tərəfinə keçirib. Nəticədə isə onun idarə etdiyi avtomobil Ağdaş şəhəri istiqamətidə hərəkətdə olan digər bir "Mercedes"lə toqquşub. Avtomobillərə ciddi zərər dəysə də, şahidlərin sözlərinə görə, sürücülərdən yalnız biri - Eldar Rəsulov yüngül bədən xəsarəti alıb.
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO












